Fərdi proqramlar
Sizə uyğun hazırlanmış fərdi menyular və məşq proqramları — hər kəsin bədəni fərqlidir.
Fərdi menyular, fitness dəstəyi və real nəticələr üçün Narmishfood yanaşması.
1994-cü il, 9 may tarixində anadan olmuşam. Beş ildən artıqdır ki, sağlam qidalanma sahəsində fəaliyyət göstərirəm və bu müddət ərzində yüzlərlə xanımın həyatına toxunaraq onların həm fiziki, həm də psixoloji bərpasına dəstək olmuşam. Türkiyədə fəaliyyət göstərən onlayn fitness akademiyasını birinciliklə bitirmişəm.
Bu sahədə qazandığım dərin bilik və təcrübə sayəsində təqdim etdiyim proqramların 99%-i yüksək və uzunmüddətli nəticələr vermişdir. Sağlamlıq mənim üçün yalnız düzgün qidalanma deyil, motivasiya, balans və daxili gücün bərpasıdır.
Artıq bir ildir ki, fitness zalında fərdi və qrup məşqləri ilə xanımlara peşəkar dəstək göstərirəm. Hər bir qadının fərdi potensialını ön planda tutaraq, ona uyğun yanaşma formalaşdırıram.
Missiyam: sağlamlığın hər kəsin həyatı üçün əlçatan olduğunu göstərmək, qadınların həm bədən, həm də ruh sağlamlığına çatmaları üçün ilham və dəstək olmaqdır.
Sağlam həyat tərzi və psixoloji balans üzrə fitness mütəxəssisi
Hər bir insanın sağlamlığa gedən yolu fərqlidir. Mənim məqsədim – sənin bu yolda öz gücünü tapmağına dəstək olmaqdır.
Proqramlarım yalnız çəki itirmək üçün deyil, zehni rahatlıq, balanslı həyat və uzunmüddətli nəticələr üçün hazırlanıb.
Qidalanma, məşq, gündəlik vərdişlər və psixoloji dəstək ilə onlayn və ya fərdi şəkildə sənin yanındayam.
Siz də öz uğur hekayənizi yazmağa bu gün başlayın!
Beynəlxalq səviyyədə tanınan fitness təhsili — Avropa Peşəkar Məşqçilər Reyestrinin üzvü.
Sağlamlıq yolunda sizi dəstəkləyən tam və balanslı yanaşma — qidalanmadan psixoloji balansa qədər.
Sizə uyğun hazırlanmış fərdi menyular və məşq proqramları — hər kəsin bədəni fərqlidir.
Qısa zamanda yox, uzunmüddətli dəyişikliklər üçün yönləndirmə.
Qidalanma planları motivasiya modulları ilə təqdim olunur.
Motivasiya və stress idarəçiliyi üçün dəstək.
Zalda və ya evdən rahat tətbiq edilə bilən proqramlar.
Yüzlərlə xanımın dəyişiminə sən də şahid ol — hamısı 21 günlük proqramla.
Sualın varsa, qeydiyyatdan keçmək və ya proqramlar haqqında məlumat almaq üçün mənimlə birbaşa əlaqə saxla.
Mesajlara adətən gün ərzində cavab verirəm
Go Prime Fitness. Azadlıq pr. 100, Mirəsədulla Mirqasımov küç. 45 (McDonald’s binası, 3-cü mərtəbə)